Əşrəf Veysəllidən İKİ ŞEİR

Ədəbiyyat 22:00 / 24.06.2024 Baxış sayı: 843

 

Görcək daşa döndü, heykələ döndü,

Keçdiyin yollara qondu bu heykəl.

Elə ki, uzaqdan kölgən göründü

Durduğu yerdəcə dondu bu heykəl.

 

Küləklər əlini saçına çəkdi,

Qalmadı şübhəsi, olmadı şəkki.

Onu belə görən zənn efəcək ki,

Əvvəli insanmış, sonluğu heykəl.

 

Gör onu ayrılıq necə sıxıb, gör,

Gündüz vaxtın yoxsa, gecə çıxıb gör.

Bir mənə yaxşı bax,- necə çıxıb gör

Sənin həsrətinin yonduğu heykəl.

 

MƏN BİLMƏMİŞƏM

Bu qoca dünyanın içdiyi qanmış,

Yediyi nə imiş ,mən bıməmişəm.

Dünya dediyimiz elə insanmış,

Dediyi nə imiş, mən bilməmişəm.

 

Büküb möhkəm- möhkəm beş barmağını,

İndi hünərin var,- aç barmağını.

Yumub "şəhadət" i, " orta barmağı,

Aradan göstərib " baş" barmağını.

" net" imiş, " da" imiş, mən biməmişəm.

 

Hər yerdə görmüşəm bu boş cavabı,

Bu naxoş cavabı,sərxoş cavabı.

Dünyanın yoxsula ən xoş cavabı

" Vot, tebe na" imiş,

mən bilməmişəm.