Kəramət : - "İT SÜRGÜNÜ"...

YAZARLAR 07:44 / 28.06.2024 Baxış sayı: 786

"İT SÜRGÜNÜ" POLİTİKASI ,

ADAMLAR NİYƏ BİRİ-BİRİNİ YEYİR

...1990-larda İstambulda itlər o qədər çoxalır ki, bəslənə bilmədiyindən və əlbəttə hökumət çözüm yolu tapa bilmədiyindən adamlara saldırır, quduzlaşma başlayır (adamlar da belədir; ac qalanda quduzlaşır, çox yeyəndə də harınlaşır), çarə tapıla bilmir. Əgər çarə tapılmırsa, səbəbi dəyişə-müalicə-yaxşılaşdıra bilmirsənsə, ortaya çıxan nəticəni məhv eləmək gərəkir.

Belə deyək, bir yerdə oğru çoxalıbsa, hamının anadan oğru doğulmasında deyil məsələ, yalaqalıq mənfəət gətirirsə, bunun üçün münbit çürüntü-şərait var, deməli.

Və ya belə deyə bilərik: Ağcaqanad öldürməklə ağcaqanaddan qurtula bilməzsən, bunun üçün bataqlığı qurutmaq gərək....hə, məncə də bu təsbit məsələni aydınladır.

Həmin dövrdə hökumət düşünür-daşınır, "çarə" tapır-

-İTLƏRİ KİMSƏSİZ, QAYALIQDAN İBARƏT ADALARDAN BİRİNƏ SÜRGÜN ELƏMƏK-"İT SÜRGÜNÜ" POLİTİKASI.

Hə, itləri yığıb vertolyotla, gəmiylə bu adaya daşıyırlar.

Ac itlər əvvəlcə ulayır və Ankaranın qulağı eşitmir, sonra itlər xəstə, zəif itləri yeyir, sonra biri-birini tükədir....

GÜNÜMÜZ üçün çox ibrətamizdi; Niyə adamlar biri-birini didir, mənəvi şəkildə yeyir və sabah fizikən biri-birini yeməyəcəyinə hansı zəmanət var ki..

Dünyadakı münaqişələr, müharibələr, "Dünuyanın taxıl anbarı" sayılan Ukraynanın qan gölünə dönməsi, RF-nın stoplaması, Çin-ABŞ arasındakı hegemonluq savaşı, Avropanın özünə qapanması QİDA BÖHRANINI qaçılmaz edib və düşünülmüş ssenaridi, təbii hadisə deyil.

Beləcə zəif itlər-ölkələr güclü ölkələr tərəfindən yeyilir və bu zəif ölkələrin vətəndaşları da öz içlərində adamlar biri-birini yeyir., uzaqbaşı canını götürüb başqa yerə qaçırlar....ya da...NƏ?

incəsənət ola bilər