Adil Şirin : - QUMLU SAHİL, GÖY DƏNİZ

Ədəbiyyat 09:56 / 28.06.2024 Baxış sayı: 741

 

Dalğa dalğanı qovur,

Yay günü coşqun dəniz.

Qum üstundə xatirələr,

Qum üstündə bir cüt iz.

 

Küləklər aparır sözlərimizi,

Dalğalar yuyur izlərimizi...

Ayrıliğin sonunda

Nəmli gözlərin,

Ayrılıgin sonunda

Qəmli gözlərin.

 

Ayrılığın sonunda

Qumlu sahil, göy dəniz...

Mən yenə yalqızam,

Mən yenə sənsiz...

 

Qum üstündə adını

Yazıram dalğa yuyur.

Nə sən bilirsən bunu,

Nə də ki, dəniz duyur...

 

Mən yenə yalqızam,

Mən yenə sənsiz.

Ayrılığin sonunda

Qumlu sahil, göy dəniz...