Ağaevli Əli Hacı : - Yerin

Ədəbiyyat 09:41 / 28.06.2024 Baxış sayı: 709

Bir gecə,pəncərən çöldən üşüsə,

qış gəlib arxadan qapı bağlasa,

keçmişi yandırıb isit yerini.

 

Bahar çiçəkləri gözünə dəysə,

yağış yanağını öpüb əyilsə,

gələn günlərinə bərk tut yerini !

 

Görsən ki,kölgən də odla oynayır,

yolun uzunluğun eninə ayır,

daş kimi içində soyut yerini !

 

Dur özün qapı aç,payızdı gələn

ölümdü,özündən razıdı gələn,

əyil üzündən öp,ovut yerini !