Elnur Uğur Abdiyev : - Bu dünyada hər nə varsa
Bu dünyada hər nə varsa
Öz ahəngindədi.
Səs var damar rəngindədi
Ha kəs heç nə çıxmır.
Vallah,Allah adamı yıxmır
Özü özünü yıxmasa.
Bədənin ritmini
Ruhdur tutan.
Ruhunu unudan
Ahəngini itirəndi
İtirənlər vitrin- vitrindi
Bu dükan dünyada.
Özünü itirir ahəngindən çıxanda adam.
İtirənlər qazananların vecinə də deyil
Və bil,
Adam adamdan qopanda başlayır
Bu dünyanın ahənginin döş ağrısı.
Süd də vermir körpə sevgimizə həyat!
Ahəng pozulanda yayda yağış,
Qışda isti yandırır adamı!
Yıxılan birinə ayaq olmağım cəhənnəmə,
Dayaq ola bilmirəmsə,
Götürün adımın üstündən insan adını.