Əlizadə Nuri : - Fırlanır

Ədəbiyyat 09:52 / 24.06.2024 Baxış sayı: 2018

 

Dostum Ələddin Məcidova

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan- yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

Nə qədər naşı fırlanır...