Rusiya hərbi gəmiləri Bakıya gəldi - FOTOLAR

21:43 / 27.06.2024 Baxış sayı: 505

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Müdafiə Nazirliyindən   bildirilib ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.

 

  • Rusiya hərbi gəmiləri Bakıya gəldi - FOTOLAR
  • Rusiya hərbi gəmiləri Bakıya gəldi - FOTOLAR
  • Rusiya hərbi gəmiləri Bakıya gəldi - FOTOLAR