Xanım İsmayılqızı

Ədəbiyyat 16:14 / 04.01.2026 Baxış sayı: 1497

Tə ki günün aydın olsun,

Günəş çıxmasa da olar.

Kimsə sənin saçlarına

tumar yıxmasa da olar.

 

Düşsən Allahın yadına,

Sevgisi qonsa adına,

Baxsan həyatın dadına,

Bəndə baxmasa da olar.

 

Silsən ürəyin tozunu,

Ömürdən çırpsan yosunu,

Bu dünya çəksə nazını,

Ürək axmasa da olar.

 

Ləkə enməsin çuxana,

Zərbə dəyməsin arxana.

Kim isə sənin yaxana

nişan taxmasa da olar.

 

Darıxma qalsan təklikdə,

Ruh yaşayar yüksəklikdə,

Çoxları bu gözəllikdə

əli sıxmasa da olar.