Turaql Cəfərli - Yelkənlər küləyə dil açar əvvəl...

Ədəbiyyat 09:30 / 05.01.2026 Baxış sayı: 755

Yelkənlər küləyə dil açar əvvəl,

Sonra da əlini cibinə atar.

Gəmilər yorulub, nəfəs dərəndə,

Boğular, dənizin dibinə batar.

 

Gecəni rəqs edib sərxoş dalğalar,

Sahilə çırpılıb özünə gələr.

Bir tora ilişən balıqların da,

Çətin ki yuxusu gözünə gələr.

 

Bu dəniz sirrini kimə saxlayır?!

Nəyə cavab tapıb, sual eyləyir?!

Düşüb göy üzündən, darıxır bəlkə?!

Səhrada özünü xəyal eyləyir.