TƏBRİK
TƏBRİK!
Evimin, ailəmin ay parçası olan Aysu nəvəm! Sənin dünyaya gəldiyin gün bütün ailəmiz üçün sevinc, şadyanalıq gətirdi. Sən atanı, ananı, babalarını, nənələrini xoşbəxtlərin xoşbəxti etdin. Mənim ilk oğul nəvəm, şıltaqlığın nə qədər çox olsa da, gətirdiyin sevinc bir o qədər çoxdur. Ona görə də səni atanın, ananın, nənələrinin və babalarının, əmilərin Anarın və Fərhadın, dayın Rəşadınvə bibin Sürəyyanın, mamaların Nilufərin və Sənubərin, xalan Səmanın, bacıların Nigarın və Nərgizin, qardaşların Atillanın və Fatehin adından ürəkdən təbrik edirəm. Sağlam və xoşbəxt böyüməyini, atan Babək və anan Fəridəyə layiq olmağını Allahdan arzu edirəm. Çünki:
Böyüdükcə evimin
işığı da gurlanır.
Adının paklığıyla
həyatımız nurlanır.
Qürurumuzla birgə
sevincimiz də artır.
Aysu nəvəmiz bu gün
yeni yaşına çatır.
Ayla su qovuşaraq
bax, Aysu olub sonda.
Xoşbəxtlik adı ilə
qoşa olsun onun da.
Sevgilərlə:
Baban Əbülfət Mədətoğlu