Elnur Uğur Abdiyev - Dərd olur...

Ədəbiyyat 08:48 / 08.12.2025 Baxış sayı: 179

Qürbətin hər günü zövq,səfasa da

Ruhun oba dərdi,el dərdi olur.

Yayda ayna kimi duru suların,

Baharda qan rəngli lil dərdi olur.

 

Özlüyü dərd olar hər bir özün də,

İçi için- için yanar üzündə.

Şöləsi dan yeri olan közün də,

Gözə üfürülən kül dərdi olur.

 

Qışda zirvələrdə yorğan olan qar,

Qaşda bir uçurum,yarğan olan qar,

Yazadək dağlara mehman olan qar,

Baharda dağlarda sel dərdi olur