Firuz Mustafa - Vəzifə' söhbəti
"Vəzifə' söhbəti
-Rəis, o xanımın iş məsələsi nə oldu?
-Hə, bildim kimi deyirsən. Süpürgəçi vəzifəsində işləmək üçün müraciət edəni... Bilmirsən ki, onun müxalifətdə yaxın adamı- zadı var ya yox? Əgər varsa bu, mümkün deyil.
-Xeyr, yoxdur. Əksinə, məncə onun iqtidarda xeyli qohumları var.
-Elə isə, bu, heç mümkün deyil.
-Niyə ki?
-Çünki sonra mənə irad tutacaqlar ki, o nə işdir elə ona vermisən, bir düz-əməlli vəzifə tapmadın verməyə? Qəti olmaz.