Tanrıya təklif - Rafail Incəyurd Ismayilov

Ədəbiyyat 07:40 / 08.12.2025 Baxış sayı: 159

 

Allahım!

“Nə tökərsən aşına, o da çıxar qaşığına”

məsəlinin,

“Elədiklərin gec-tez qarşı gələcək”

inancının başını burax,

İnanmırlar, saymırlar, unudurlar elə bil.

Adamlar yaranmışların ən xatalısıdı,

əşrəfi-zadı deyil.

Səhvlərinin, günahlarının cəzasını

(elə yaxşılıqlarının mükafatını da!)

anındaca ver, təpgi göstər,

içində haqqı oyat.

Bax, onda düzələcək dünya,

Bax, onda gözəlləşəcək həyat.

08.12.25