Əlibala Hacızadə  - “Düşüb”

Ədəbiyyat 18:55 / 07.12.2025 Baxış sayı: 374

 

Nurdan yaranmısan, nurdu baxışın,

Ulduzlar göylərə gözündən düşüb.

Sevən ürəyimə bu atəş, bu od,

Sevən ürəyinin gözündən düşüb.

 

Səndən ayrı düşmək – ən böyük günah,

Ağaran saçıma baxıb çəkmə ah.

Yüz telim həsrətdən ağarıb, vallah!

Bircə dən bir acı sözündən düşüb.

 

Eşqinlə ucalan uca bir dağam,

Səni sevəcəyəm – nə qədər sağam.

Bir kəsi deməyə qoymayacağam

Sevgilin qocalıb gözündən düşüb…