Məmməd  Qədir - Çox demədinmi

Ədəbiyyat 19:14 / 07.12.2025 Baxış sayı: 372

 

Yarızarafat

İndi məndən umu-küsü nə lazım,

Sevirəm deyəndə "yox" demədinmi?

Dedim ki, gəl sənə bir seir yazım,

Şairəm deyəndə "lox" demədinmi?

 

Soruşdum hardandı belə "zırığ" dil,

Anam begemotdu, dedi, atam fil,

Söylədim ovçuyam, ay qaşı qatil,

Batsın ciyərinə ox demədinmi.

 

Sinəm təbərzinə dönüb ahından,

Düşəcək boynuna qırx Allahından,

Məndən çəkinmirsən qorx Allahından,

Yaman qorxdum səndən, xox, demədinmi

 

Xox məsciddən qovur, kilsəni deyir,

Baxan nə görür ki, sil səni, deyir,

Neyniyim, ürəyim, dil səni deyir,

Dilini gözünə sox demədinmi.

 

Soxdum, sən göyərdin, canımda nursan,

Diriykən sevənin gorun tutursan,

Niyə üff... eləyib burun tutursan,

Sevgimə gül dedim, .ox demədinmi.

 

Elə fərz elə ki, Məmməd qanmazdı,

Səni ki, alnıma İlahi yazdı,

Deyirsən sevməyə min ömrün azdı,

Aaz, qurban olum, çox demədinmi?