Müşfiqə Baləddin - Pəncərədən sırasın pozaraq tələsən

Ədəbiyyat 09:15 / 08.12.2025 Baxış sayı: 310

Pəncərədən sırasın pozaraq tələsən

yağış damcısıdır göz yaşlarım.

Pəncərədəki toranlıq qəlbin gözüdür

ətrafı görə bilmir.

Bir dərinlikdən çöküb buludlar göz qapaqlarıma.

Parçalı buludlu havadır xatirələrim ,

Seyrək seyrək boşaldır ürəyini üstümə...

Havada sənsizlik,

ruhumda səssizlik hökmü.

Sancısı qaranlığı boğur.

Az sonra Günəş çıxacaq göyün bətnindən..