Xəyalə Sevil - Yaşımın üstə yaş gəlir...
Yaşımın üstə yaş gəlir,
Kim qazanır bu gəlirdə?..
Həyat hardan sıxır, sıxsın,
Yaşandıqca genəlir də.
Gün də çıxanda isitmir,
Qar da yağanda soyutmur.
O, ruhun çıxan canıdı,
Gedib, geriyə qayıtmır.
Mən astagəl durub hələ
Yolu, izi bilənəcən.
Ürəyinə kim gəldi ki,
Mən ağlına gələnəcən?!
Ha bağlayım yarasını,
Görünür dibi hələ də.
Ha çəkirəm həsrətini,
Qırılmır ipi hələ də...