Ramiz Rövşən -Yaşamaq, doğrudan, çox gözəl işdi...

Ədəbiyyat 09:25 / 08.12.2025 Baxış sayı: 306

Yaşamaq, doğrudan, çox gözəl işdi,

Bir az pulun olsun, bir az imkanın.

Dörd yanın şıdırğı alış-verişdi;

Arzu bazarıdı, ümid dükanı.

 

Dolan bu bazarı, atam balası,

Simiclik eləmə qəpik-quruşa.

Lənkəran limonu, Şəki halvası...

Turşu şirinə qat, şirini turşa.

 

Hələ o şütüyən maşınlara bax,

Baxıb için-için bir az yan hələ.

Sənə də bir maşın yetirər Allah,

Bir az səbrini bas, cavansan hələ....