Şövkət Zərin Horovlu - Darıxmışam
Yenə yadıma düşdün:
İlk bahar çiçəkləri,
Dəli payız küləkri,
Qlşın ilk qarı kimi.
Qüssən sıxdı könlümü,
Hər şey , hər yan,hər saat , hər an,
boş göründü mənə,
Yarpaqlarını xəzan vuran ağacların
çılpaq budaqları kimi.
Duyğularım pərən-pərən,
Təbim də bu axşam
qaçır məndən.
Yenə yadıma düşdun:
Susdu səni andıran hər nə var-
Bağlı pəncərəlır ,lal qapılar,
Geyimlər asılqanlar.
Sənin vaxtını çalan saatı
Sinəsindən basan divarlar.
Getdiyin səfərdən qayıt,
Son qoy ümidsizliyimə,
Sükutdan çıxar məni bu axşam,
Darıxmışam!