Saqif Qaratorpaq : - MƏKTUB GÖNDƏR

Ədəbiyyat 10:48 / 28.09.2024 Baxış sayı: 126

Bu gün mərhum şair Sabir Yusifoğlünun   anım günüdur.Ruhu şad olsun.

Sənə məktub göndərmək olmur,Sabir Yusifoğlu!

Ancaq hər şerin gələcəyə məktubdu. İndi darıxdıqlarının yanındasan...

Gedişin də şeirlərin kimi beyqafıl oldu,Dərdiş...

Şair gedişi belə olurmuş demək...

Elə dünən bir dostla sənnən danışırdıq...

Şeirlərindən danışırdıq...indi şeirlərin Səndən danışır.

Axirətin mübarək...Nur içində uyu,Qardaş!

 

Susuzluqda su təki

bəlkə yadına düşəm,

Mənə bir məktubgöndər-

bilim ki, ölməmişəm.

 

Səndən başqa bilən yox,

dərdimə bir dərman yaz.

İki kəlmə nədi ki,

ay gözünə qurban, yaz.

 

Çox yox, bir varağ göndər,

vaxtın yoxsa ağ göndər,

əllərinin izini

evimə qonağ göndər.

 

Bilim harda solursan,

ay gülüm, ay bənövşəm.

Mənə bir məktub göndər,

bilim ki, ölməmişəm...