Azərbaycanlı Ukraynada nazir müavini oldu
Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.
Yenises.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub.