Qəşəm İsabəyli : - BAŞIMI İTİRMİŞƏM...

Ədəbiyyat 09:07 / 28.09.2024 Baxış sayı: 887

 

Maşallah, oğul nəvəm 13 yaşına da girdi!

Səhərdən fikir məni götürüb,

Fikir... fikir... fikirləşirəm,

Bir yerə çıxara bilmirəm ki, bilmirəm... –

Başımı itirmişəm!

 

Bunun geyimi-kecimi var axı,

Yeməyi-içməyi var axı,

Özü deyənlə desəm –

Sinemaya getməyi var axı...

Bilmədiyim ingiliscə onu bilirəm ki... –

No problem!

 

Bunun vaxtlı-vaxtında yatıb-durmağı...

Oyunu, gəzintisi, dərsi, oxumağı... –

No problem!

Bunun seksi də var axı!

Bu elə dolaşıq düyündü,

Nə məktəb aça bilir,

Nə psixoloq, nə cəmiyyət,

Nə də biz – valideynlər! –

Başımı itirmişəm!

 

Bayaqdan qızları düşmən bilərdi,

Gözünü yumardı gözəl görəndə:

–Nifrət edirəm onlara!

İndi – suyuşirin birini görsə,

Qaşları çatılır, xəyala dalır,

Birdən işıq düşür sifətinə.

Köpəyoğlu salıb məni çətinə... –

Başımı itirmişəm!

 

may 2020