Sabir Zəkullaoğlu : - "Arxalı köpək qurd basar".

YAZARLAR 21:05 / 28.09.2024 Baxış sayı: 161

Arxası olmaq təkcə bəxt məsələsi deyil, həm də ağıl işidir.

Arxan nə qədər böyük olarsa, önün o qədər açıq olar..

Təbii ki, bu da yaşamağa stimul verər, özgüvıni artırar..

Ümumiyyətlə bağlanmaq pis bir şey deyil..

Bir gözəlin əsiri olub ona bağlanmaq, kitaba, mütaliəyə, həyata, sevgiyə bağlanmaq..

Yetər ki, bağlayanın pis niyyəti olmasın.

Bizlərdə adətdir deyrlər, "qaynına deyin bağlasınn belini" bu ifadə özündə nəyi ehtiva edir, bunu mən hələ də arıda bilməmişəm.

Böyük ölçüdə götürsək, elə ölkələr var ki, onların da belini daha böyük gücə malik olan ölkələr bağlayırlar..

Maraqlar böyüdükcə kəmərlər də etibarlı olur.

Məsələn, Bakı - Tiblisi - Ceyhan Əsas İxrac Boru Kəməri kimi..

Görünən o ki, kəmər varsa demək orada bir enerji, bir ixrac var.

Umumiyyətlə dünyanın düsturu bu ki, belin harasa, kiməsə bağlanmalıdır..

Əks halda güclü olmaq mümkün deyil. Şalvarın belə kəməri olmasa, şalvar beldən düşə bilər.

Əsas odur ki, belini etibar etdiyin kəmər qırılmasın. İstinad etdiyin dayaq nöqtəsi möhkəm olsun.

Arximed nə deyirdi - "mənə bir istinad nöqtəsi verin, dünyanı yerindən oynadım".

Düşünün, ən uca zirvələri fəth edən olpinistlər etibarlı kəmərlərə sahib olmasalar və ya o kəmərlər hansısa məqamda qırılsa nə baş verər..

Adam var heç istinad nöqtəsi axtarmır. Özünü İlahi nöqtəyə, ən uca məqama bağlayır.

Öz ruhuyla öz oyununu oynayır.

Məncə əsas etibar etmək, bağlanmaqdır.

Pis odur ki, yelkınsiz qayıq tək, hara gedəcəyini bilməyəsən..

Külək səni istədiyi yerə apara..

İllah da küləklər şəhərində yaşayasan..