Kəramət : - ÖZÜMÜZƏ DANIŞDIĞIMIZ YALANLAR

YAZARLAR 08:40 / 28.09.2024 Baxış sayı: 290

Həyatda qalmaq, həm də yaşam mübarizəsi aparmaq üçünmü gərək olub əsatirlər, nağıllar. Bu yalan-nağıllar kənardan gəlib insan beyninə dolmayıb, ya kimsə bütün bunları proqramlaşdırıb bədənimizə yerləşdirməyib, yəni "CİP"ləməyib. Bizim bu yalanlara ehtiyacımız olub, kainatın boşluğunda qorxumuzdan uydurub özümüzü inandırmışıq ki, qoruyucumuz, ya düşmənimiz var, bu səbəbdən hərəkətlərimizi tənzimləmişik; istər fərd, istərsə də kollektiv (icma-qəbilə-tayfa-hümmət-millət) şəkildə..Deyim ki, bu əsatir NİFlərdə, həm də kodlaşdırılmış keçmiş var.

Sevgini də, nifrəti də öncə öz içimizdə bəsləyir, yaradır, sonra onu ətrafa püsgürürük. Üzümüzlə, sözümüzlə, davranışlarımızla. Bu sevgi-nifrət formulları fərddən çıxıb ümumiyə-kollektivə bürünəndə, çoxalanda ətrafa saçılma dalğaları da böyüyür. İfadə vasitələri də dəyişir, silahlar icad edrik nifrətimizin şəkli olaraq, iqtisadi-qardaşlıq əlaqələri qururuq keçici, yardımlaşırıq və s.

Bu fəlsəfi-sosioloji giriş mənim üçün maraqlı deyil, mənim üçün İNSAN belə münasibətlər qarğaşasında harda durur, ŞAİR_-DÜŞÜNÜR özünü ehtiva edərkən necə reaksiyalarla üz-üzə qalır,-maraqlıdı.. Bu tendensiya, iki dağ-amil arasındakı sıxılmışlıq da yaradır, müxtəlif zaman zolağında yeni məna-məzmun qazanır. Zamanla bir çox "silahlarını" satır, münasibətlər zəncirində geridə qalan adam-ölkələrə, özü isə daha modernini istehsal edir. İndiki kimi. Silah istehsalçısı müharibə, dərman istehsalçısı da xəstəlik -mərəz istər, ya da xəstəlik "yaradar". Burda təəccüblənəsi heç nə yox, deyilmi?.

Kalaşnikov İkinci dünya savaşında azdan-çoxdan işə yarayırdı, bir zamanlardakı ox-qılınc kimi..insanlararası cismani,, mənəv-psixoloji əlaqələr də, ünsiyyət də, biri-birinə bəslədiyi sevgi-nifrət yanaşmaları da dəyişgəndir, zatən dəyişməyənlər viran olur.

Sevgi də, nifrət də aşırı olanda daha çox yanıldıcıdı. Və ağ-qara , sevgi-nifrət cəbhəsində dayanmaq insana da, ölkələrə də hüzur gətirməz. Ədəbiyyatda həmişə tribunaya, kütləyə oynamaq mahiyyəti kölgələyir. Günah keçisi tapmaq , qarşı tərəf, "mənə o mane olur" yanaşması daimi gərginlik yaradır, təkəbbürü, nəticə etibarı ilə faşizmi körükləyir.

Özünə yalan danışmaqdan başlayır başqalarını aldatmaq. Özünüaldatmaq asan yoldu, özünə doğruları söyləməkdən qorxuruq, axı, ən çətini özünlə üz-üzə qalmaqdı və özünlə diz-dizə oturub bir əsgiyini, pisini sorğuya çəkə bilməkdi igidlik. "Mən haqlıyam, hamı haqsız", "Şah yaxşıdı ətrafı pis", "Hamı mənə düşməndi" və başqa girişimlər pafosu -yalanı böyüdür və bu YALANın içində kor olursan. Və bir də fiziki ətrafını belə divarlarla hörmüsənsə, saraya-qalaya fiziki-mənəvi məhkumsansa..heç nə görmür, real həyatdan qopursan, nəticədə nasizmin virusunu daşıyırsan.

İtaliyada aşırı millətçi-dinçi-ayrımçı partiya səs çoxluğuyla hakimiyyətə gəldi. Nasist partiyası sa demokratik yolla seçkiləri qazanmışdı. Avropanı yeni fazizm dalğası bürüyə bilərmi təlaşları bürüyür. Özü də bir qadın...yuxarıdakı qeydlərimə bu faktorun təkan verdiyini düşünürəm, yarı-yarımçıq olsa da.