Ağaevli Əli Hacı : - Gördüm

Gündəm 11:00 / 28.09.2024 Baxış sayı: 247

Çıxdım dünyanın üzünə,

Göy altında bazar gördüm !

Nəyinsə,kiminsə gözünə

Doğulmağı azar gördüm !

 

Tanıyan yox,məni sən tək

Sağlığıma göz yaşı tök !

Dur,şəklini sinəmə çək,

Qəmə ögey güzar gördüm !

 

Qırdım günümün budağın.

Səbəbi,quru olmağı !

Yetər haqq üçün yanmağım,

Həqiqəti məzar gördüm !

 

Mənim daşım çox ağırdı,

Çox bilməyim baş ağrıtdı !,

Yoxuşa yolu ağartdım,

Yol yoldaşı az ər gördüm !

 

Al qələmi,yaz kağıza

Söz,yük olmasın ağıza !

Biz kimik ki,alnımıza

Bəxt yazanı yazar gördüm !