Şakir Xanhüseynin TƏR  ŞEİRLƏRİ

Ədəbiyyat 11:19 / 28.09.2024 Baxış sayı: 1510

AY DƏNİZDƏ ÇİMİR

ŞAİR-RƏSSAM Sehran Allahverdi nin "AY DƏNİZDƏ ÇİMƏNDƏ" rəsminə

seyr edirəm,

bu ehtişam göydən enmiş;

sular nə üzü nurlu imiş!

ay dənizdə çimir...

 

nə səs var, nə səmir,

keçmə burdan, ey gəmi...

gözümə getmir çimir,

ay dənizdə çimir...

 

bəlkə su pərisidi,

ya bir sevda dəlisidi...

ay işığı dənizi isidir;

ay dənizdə çimir...

 

sahil məst düşüb baxır...

dənizə od düşüb, baxın;

ay dənizdə çimir...

 

bir şeir uyuyur sularda,

söz-söz yuyulur sularda...

xumarlanıb sular da,

ay dənizdə çimir...

 

***

ürəyim bircə sənə qalır, söz,

ürəyim rahatca söykənir sənə...

tək sənə qalır ürəyim

nədənsə bu günlərdə ancaq,

xəzan yarpaq,

gəl mənim qəlbimdə bir budaqda bit,

solmazsan heç vaxt,

gəl, baharına qovuş...

nə gözəl sözdü ürəyim sənə qalır sözü,

ürəyim sənə qalır, ürəyim,

mən təzə tapmışam sanasan səni,

təzə çıxmışam yola,

ey qüdrət sahibi, sənə and ola...

ürəyim sənə qalır çox-çox uzaqlarda, ata ocağım,

üşüyər sənsiz qucağım,

odum-ocağım,

ocaqda közlər üşüyər, tit-tir titrəşər,

varaqda sözlər üşüyər, tir-tir titrəşər...

sənə qalır ürəyim, süfrədə çörəyim,

hər kəsi bir rol gözləyir,

hələ gedilməmiş bir yol gözləyir...

önümdə neçə sənə qalır,

ayrılıq dolu eşqim,

onu bil ürəyim tək sənə qalır...

 

ÖZÜNDƏN QAÇMAQ

...qışda su donduram,

yayda su isidəm,

nə qədər tərs köşə yapam-

nə edəm, özümdən qaçmaq üçündü...

donub bir yerdə qalam,

bağlayam ayaqlarımı,

gözümü geniş-geniş açıb,

tikəm göz qapaqlarımı,

bu da özümdən qaçmaq üçündü...

 

zülmətə şərqi oxuya çırağım,

min yerə gedəm, bir yerdən gəlməyə sorağım...

ozümü salmağım

oda, özümdən qaçmaq üçündü...

özündən deyənlər yox,

yalnız özünü bəyənənlər- eqolar yox--

 

“bu”lar, “o”lar yox,

özündən qaçanlar gələ yanıma...

yeni arzu, yeni kam,

hər kəsə salam.

lap bir qılınc olub sıyrılam-

hər şeydə özümdən qaçıram...

 

qəsdim

bir sirrin üstünü açmaq deyil də,

sözümdən qaçmaq deyil də,

özümdən,

bir hovur özümdən qaçam!

 

 

 

DƏRDƏM...

ey, köküm çox qədimlərdə-

Nuh dövründən qalan dərdəm,

ümidləri saptək qırıb,

arzuları daşa çalan dərdəm

 

səfalar sürdünüzmü, gözəl,

indisə dözün cəfalara,

dik başları yerə əyib də,

ayaqlara salan dərdəm

 

məndən qaçmaq istəyənə

haxlayıb çatdım həmişə,

satılmazı özünəcə satıb,

alınmazı alan dərdəm...

 

hey yada salırsınız ötən

acı günləri də şirin-şirin,

zəhərim qayət öldürücü,

acımasız bir ilan dərdəm...

 

canınıza elə sirayət edib

minillik yaralar vurmuşam ha,

bir qəlbi ağlar gördükcə

nəşələnib şad olan dərdəm...