Cavid Musa : - Tək başına...

Ədəbiyyat 10:35 / 28.09.2024 Baxış sayı: 402


Tək başına yenə səssiz gecələr
Oturmuşam bax ruhunla üzbəüz.
Gözlərimin önündən keçir nələr
Yalan dediklərim də çıxıbdır düz.

Danışıram öz - özümə səninlə
Xəyallarla dolub mənim otağım.
Durub gələ bilməyirəm səninlə
Fikirlərlə zəncirlənib ayağım.

Əllərin yapışır mənim yaxamdan
Dartışdırır nə soruşur bilmirəm.
Sənə qovuşduğum günü öləcəm
Yoxluğunla yaşayıram ölmürəm.