Rəfail Tağızadə - Sükutlar məhləsində

Ədəbiyyat 08:52 / 16.12.2025 Baxış sayı: 375

 

Nə sükutdan səs gəlir,

nə gülüşdən bir səda.

Hər gün söz-söz danışan

baxışın düşür yada.

 

Qabarıb tez çəkilir

gözümdən keçən yollar,

qatlayıb barmağını

danışır yoxlar, ollar.

 

Döyülməyən qapıda

üşüyür haray izi,

çoxdandı qulaqlar da

unudub səni, bizi.

 

Xatirələr əlində,

xəyallar kölgəsində,

sərkərdan dolaşıram

sükutlar məhləsində.

 

14.12.2025