Məktəblərdə ilk zəng çalındı
Yaşlı nəslin şirin xatirələrindən olan 1 sentyabrı bu gün məktəb yaşlı uşaqlarımız üçün 15 Sentyabr əvəz edir . Belə ki, rəsmi olaraq ölkəmizdə son illərdə 15 Sentyabr Bilik Günü kimi də qeyd olunur. Yəni Bilik Günü həm də yeni dərs ilinin başlanğıcı kimi bayram edilir.
Bu il də bayram-bayrama qarışıb ...Azərbaycanın bütün guşələrində məktəbə ilk dəfə qədəm qoyan ibtidai sinif şagirdləri əllərində tər çiçəklər valideyinləri , nənə və babaları ilə ilk müəllimlərinin görüşünə gəliblər... Sinif otaqları bu fidanların özləri ilə gətirdikləri ovqata bürünüb...
Azərbaycanın sabahı olan bu övladların hər birinə bəslədiyimiz ümid və dilədiyimiz uğurlar həyatda mütləq öz təsdiqini tapacaq.
İlk zənginiz, ilk dərsiniz mübarək!