Ağaevli Əli Hacı : - İlahi

Ədəbiyyat 13:42 / 01.07.2024 Baxış sayı: 832

Ilahi !

Çox şeyi bilirəm,

Bilməyimə bağışla !

Olmağın havasına,

Gözüm-yüzdə otuzdu !

Ömrü sənə uduzdum,

Gəlməyimə bağışla !

Saldığım yurd-şoranmış,

Sinəm dağa-aranmış !

Ömrü zülüm daramış,

Bu,zülümə bağışla !

Kölgə oldum üstümə,

Su oldum,

köz üstümə !

Öz külümə bağışla !

İlahi,

Mən ölüm,

Məni,ölümə bağışla !