Xaliq Rəhimli : - Sözün ədəbiyyat zirvəsi

YAZARLAR 13:38 / 01.07.2024 Baxış sayı: 891

 

Oxumağa dəyər...

 

Bədii əsər əvvəl istedadın sonra zəhmətin məhsuludur. Mövzunun aktuallığı, qeyri-adiliyi hələ hekayə deyil . Olsa-olsa məlumatdır, informasiyadır. Mövzu o zaman sənət əsəri olur ki, bədiilik, obrazlılıq, təhkiyə, təxəyyül  və digər yaradıcılıq normativləri yazıçı tərəfindən mətndə təmin olunsun.

Bunlarsız qələmə alınan mövzu, hadisə olsa-olsa əhvalatın sadə nəqlidir. Hadisənin adi təsviri maraqlı ola bilər, kimisə düşündürər ,ağladar ,güldürər, amma yenə bədii əsər deyil. İstedadla yazılan bədii mətn ilk cümləsindən bəlli olur. Ədəbiyyat cümləsi bir başqadı. İstedadın enerjisi bir başa sözün iliyinə işləyir, siqlətini,sanbalını ,təsir gücünü artırır.

Bəzən Vətən haqqında yazılan bədii mətn adi qarışqadan yazılan hekayədən zəif ola bilər. Əsas məsələ burda Vətəni qarışqanın ayağına vermək deyil ,mövzunun nə dərəcədə sənətkalıqla işlənməsidir. Yəni sənətkarlıq mətnin bədii gücündədir. Bədii əsərə qiymət vermək üçün mövzu aktuallığı arxa plandadır.

Bədii həll isə ön planda. Amma istedada heç nə çatmaz. Necə deyərlər ,özünü göyə qaldırıb yerə çırpmaqla deyil. Belə olmasaydı ədəbiyyatı "söküb yığan" tənqidçilər ən yaxşı yazıçı yaxud şair ola bilərdilər...