Kəramət : - VƏFA BORCU...

YAZARLAR 11:20 / 01.07.2024 Baxış sayı: 916

 

...İLK ağlıma gələn bu oldu. İndiki zamançın gülməli və anlaşılmaz olsa da...

O, HAMININ SEVİMLİSİ, "BƏH-BƏH"Lİ ŞAİR DEYİL, amma hamıdan fərqli olaraq ŞAİRdi. Məncə, adamın da, şairin də siması, obrazının xarakteri olsun gərək.

Ç. Əlioğlu xarakteri, duruşu olan şairdi və onun bədii koordinantları, cizgiləri bizim hap-gop ədəbiyyatımızın mənimsəyəcəyi "rahathülqum" deyil...o, bizim öyrəşdirilmiz oxucu kütləsi üçün bir az soyuq, quru,, oxucuyla dioloqda ondan sevgi dilənməyən qürurlu obrazdı...yekəxana da görünə bilər, nə olsun, əsas bu ki, O, özü kimi davranır bədii düşüncədə, poetik sularda sərbəstcə-azadca üzür:

Məncə , bütün ədəbiyyatın barometri burdadı, kilidin qızıl açarı da...

Bir də, MƏNCƏ, insan-sənət adamı özünə endikcə yüksəlir, həyatı dopdolu yaşayır, kütləyə oynadıqca kiçilir...

Hörmətli Çingiz müəllimin bu bədi davranışı isə insani-genetik əsintilidir.

Mənim üçün bütün dünyanın yaşayanları və dünyanın nəmənəliyini bilənləri yaş mərhələləri keçirmir və DOğulmu -ÖLmür.

Onlar, sadəcə, gəlib-gedənləri yola salır, yorulanda isə yerini başqalarına verir ki, qayıtsın...

Halal-hümmət yerinə.

Возможно, это изображение 1 человек