Kəramət : - Aramıza MƏSAFƏ qoya bilmirəm...

YAZARLAR 07:44 / 24.11.2024 Baxış sayı: 229

 

(belə materialıın futbol komandası da, məmuru da, alimi, şairi, dilənçisi, oğrusu da zaydı, saxtadı.)

...bunu bacarmaq hünər deyil, o deməkdir ki, arada boşluq var və sən-mən o boşluğu yalan-palanla, saxtakarlıqla, yerli-milli yalaqalıqla doldururuq.

YAZIÇIYLA-SƏNƏTÇİYLƏ obrazı ARASINDA MƏSAFƏ OLA BİLMƏZ, OBRAZI DİBİNƏCƏN-ZİRVƏSİNƏCƏN YAŞAMALASAN, ONUN ÖZÜ OLMALISAN...hər şeyə ya yuxarıdan, ya da aşağıdan baxırıq. Yəni başqa taleyə də MƏN kimi baxmalısan, N. Hikmət demişkən: "Bir də məni məndən sor."

Bilmirəm ki, hardansa yadımda qalıb, ya özümdən uydurmuşam bu deyimi...Yaradıcılıq əclafın-çirkinin-pisin ən pisini-sənət anlamında ƏN GÖZƏLİNİ yaratmaqdı. F. M. Dostoyevskinin obrazları gözəl misal, əyani vəsaitdi.

Doğrusunu deyim ki, adamlarla..ən yaxından-ən uzağa qədər məsafəli dolananlara həsəd aparıram, açığı bacarmıram. Guya bilmirəm ki, müasir Azərbaycan ədəbiyyatında fiziki nəyəsə nail olmaq üçün ağıl, bədi məntiq yox, biclik..giclik, xaraktersizlik lazımdır hava-su qədər, aşağılıq yazıçı tayfasının özünə bəraət üçün dediyi kimi "neyləyəsən, zəmanə belədir", heç olmasa Bir GƏNC ŞAİRİN ÖMRÜ QƏDƏR AYB sədri olan hörmətli, möhtərəm Kişiyə yaltaqlanmaq gərəkdir ki, min dəfə haqqın olan evdən-zaddan alasan, dost-tanış yandı-yandısı bir yana, arvad-uşağın qınayıcı baxışlarından qurtulasan. Yox, məni məzur tutun , bacarmıram...bacarmıram.

O milli-yerli mexanizmləri-yolları bilmirəm məgər.? Sadəcə bacarmaq lazımdır; bizdə hər oğraşlığı eləyənə bacarıqlı deyilir, hələ atalar sözü düzəltmişik ; Bacarana baş-can (və s.) qurban..

Məsafəli dolanmağın sonu özün olmamağa gətirib çıxarır.

O qədər rol oynayırsan ki, artıq özünə qayıda bimirsən.

Cəmiyyət korlanıb, ya yuxarıdan aşağı sistemli şəkildə korlandırılıb..nə fərq edır ki? Material-Xammal-Xalq- Çoxluq zay məhsula, materiala çevrilib...bu materialıın futbol komandası da, məmuru da, alimi, şairi, dilənçisi, oğrusu da zaydı, saxtadı.

Mən Gürcüstanda dilənçi görmədim, ya mənə rast gəlmədi. İsveçdə xobbi üçün, zarafatla da dilənçilik eləməyə qoymurlar...hökumət -müvafiq nazirlik anında maraqlanır ki, nəyin çatmır..

Bizdə özü-özüylə məsafəli olanlar, yəni HEÇNƏlər profilə uyğun sayılır, əsasən bu tipə qapı açıqdır.

10-20 %-lə 80 % arasında keçilməz məsafə var.

Bir dəfə bir yerdə dincəlirdim; sahilin qumu da çox narındı, suyu da dumduruydu Xəzərin..bir qədər qalandan sonra özüm-özümdən qorxdum və pıçıldadım...BUNLARDA GÜNAH YOXDUR, BU ŞƏRAİTDƏ YAŞAYANLAR DİGƏRLƏRİNİ GÖRƏ BİLMƏZ.

O qədər məsafə var ki...

Əslində, heç nə yazmayan və heç bir bədi informasiya verməyən, camaatın başını qatan, "Tənqiddən də aşağı" (ƏLİ KƏRİM) 10-15 nəfərlik yazıçı zümrəsi var ki, harınlayıb, istedadlı yazıçılarla, çoxluqla arada Çin səddi var..şirin-şəkər, rahathülqum yazılarla yaradıcılığa xəyanət edirlər və belələri bəslənir.

Bizim yazıçılarla yaşadığımız mühit arasında yarğan görünür. Düşünürsən ki, hansı zaman dilimində, hansı ölkədə yaşayır bu adam., hər şey yazır, amma "NƏ"si, əllə tutulası bir konkretlik, əyanilik yox. Məddahlıq nədirsə, Həcvçilik də odur, ümumiyyətlə, hər ikisi ədəbiyyat deyil, ən azından , mənə görə...əsaslandıra da bilərəm, vaxtınızı almıram..

Aralıqdakı məsafə günü-gündən göz-gözü görməyəcək qədər sürətlə böyüyür; İstər nazir-məmurla əhali, istərsə də elmdə-sənətdə bir qrupla çoxluq və sənəti yaradanlar baxımından.

Sevgidə, duyğu-düşüncənin yüksək təbəqəsində məsafə yoxdur, varsa da fiziksəldir.