Kəramət : - CƏHALƏTİN ATOM BOMBASI

YAZARLAR 09:24 / 23.11.2024 Baxış sayı: 417

 

BASDIRILMIŞ DUYĞU-DÜŞÜNCƏLƏRİN ..partlayışı atom bombasından betərdi..ona görə cocuqlara, insanlara sərbəstlik verin..ona görə molladan-putindən-imamdan danışmıram, xristianlar ortaçağ dövrünü adlamışlar, bunlar özləri özlərinin cəhalətini bitirmişlər.

Qorunması mümkünsüz hakimiyyət, eynən ərəb birliyi-təşkilatı kimi, iclasa belə vaxtında gələ bilməyən... (özünüz nöqtələrin yerinə yazın) insan düşüncəsini əsarətdə saxlayan hakimiyyətdi. Nə qədər nadan olmalısan ki, ərəb ölkələrinin məhvini görməyəsən...yeyin-için gəzin və zehinsəl çürüyün, hakimiyyətdə qalmağınızı da İaBaMİ-ZEYDİ..NƏ BİLİM NƏ YOX, bir hans müəyyənləşdirsin.

Bambılı kimi oynadılanlar zaman səhnəsində təlxəklik də edə bilmirlər və onları hara gəldi yönləndirən də ABŞ, Avropadı .

Söyün, nə qədər istəsəniz.-

Bir dəfə Qara dəniz sahilindəki retoranda yemək yemək istədim, oğlum dedi ki, çox bahadı, hər azuqəmiz var, gedək sahildə yerlər var, orda yeyərik.

"Yox" dedim , ürəyim istəyir ki, bax, maşını burda saxla, xudmani yemək yeyək.

Restoranda bir dənə TÜRKİYƏ vətəndaşı yox, hamısı əcnəbi, gürcü də, erməni də qarışıq...bu məni sarsıtdı.

hələ Köç İdarəsində xristianlara tanınan haqlar bizə tanınmır, bizim sevgimiz də patetik-ritorikdi, içi boş, yalan. Bir rusun rüsumu məndən ucuz, boş verin siz allah, rəis-məis..

Pafoslar iran kimi partlayır, "lafa baxılmaz"..

İran özü özünü partladır , ABŞ sadəcə deyir ki, yeri o minaya.

Şərqi-müsəlmanı öz içində gizlətdiyi terrorist-cəhalət məhv edəcək.