Adil Şirin : - CÖKƏ AĞACI

Ədəbiyyat 13:51 / 23.11.2024 Baxış sayı: 342

 

Adamları, ağacları, qayaları, bulaqları, yamacları gözlərimin önündən getməyən Kürdhacı ( Qurdqajı) kəndi Laçın yurdunun qədim kəndlərindən biridir. Uşaqlıq xatirələrimi əbədi olaraq özündə yaşadan kəndimizdə yol kənarında bir cökə ağacı vardı...

Çökə ağacı vardı,

Yol yanında dururmu?

O cökə ağacında

Quşlar yuva qürurum?

 

Gecələr Ay doğurmu,

Göy üzündə qan kimi?

Aydan müjdə gəlirmi

Yenə ərmağan kimi.

 

Güvəndiyim dağlara,

Qar yağdı bir yaz günü.

İndi neçə daşıyım

Mən bu ömür yükünü.

 

Cökə ağacı vardı

Dostum, sirdaşım cökə.

Bir xəbər yoxdur ondan,

Şəhid olubdur bəlkə...