Kəmalə Abiyeva : -  KÜLƏK SAÇLIM

Ədəbiyyat 07:27 / 24.11.2024 Baxış sayı: 230

 

 

Köhnə Bakım təzələndin nə yaman

Ha aradım köhnə bir üz tapmadım.

Küçələrin bəzənibdi nə yaman

Ha aradım köhnə bir iz tapmadım.

Ha dolandım, ha vurnuxdum, ha baxdım

Doğma Bakım səni görə bilmədim.

O qarışıq dalanları axtardım

Doğma Bakım səni görmək istədim.

Zorla ərə verilən qız kimisən

Baxışından kədər yağır,qəm yağır.

Gəlinliyin dar gəlirmi əyninə?

Yoxsa dərdin öz dərinə sığmayır?

Əlimizlə yazdıq sənə bu baxtı

Yaraların köz bağlamaz heç zaman.

O bakirə gözəlliyin hardadı

Külək saçlım, dəniz gözlüm hardasan?