Əhsən Rəhmanlı : - Zəkasan, müdiksən, sən zəkalısan,

 

Ədəbiyyat 10:04 / 24.11.2024 Baxış sayı: 987

ÇOXŞAXƏLİ SƏNƏT ALƏMİNİN NÜMAYƏNDƏSİ  Zəka Vilayətoğluna

 

Zəkasan, müdriksən, sən zəkalısan,

Ədəbli, ərkanlı, çox həyalısan.

Aşıqsan, şairsən, həm də müğənni,

yazıçı, bəstəkar bir ziyalısan.

 

Səsin məlahətli, ürəyə yatan,

Zövqləri oxşayan, ellərə çatan,

Dərdli insanların əlindən tutan,

Gözəl avazınla min boyalısan.

 

Gəlir əsrlərin səsi, səsindən,

Güllər ətirlənir saf nəfəsindən,

Almısan gücünü el nəğməsindən,

Zəngin musiqinlə xoş sədalısan!

 

Ayları, illəri boş etməmisən,

heç vaxt əqidənə zidd getməmisən.

Sevilirsən, yaddaşdan itməmisən.

Sənətdə öz yerin var, dühalısan!

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru