BÖLMƏNİN YARADICILIQ GÜNÜNDƏN QALAN İZLƏR
AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günü (15.11.2024) hər ayın 15-də olduğu kimi, bu dəfə də əvvəldən axıra kimi yazarların fəallığı şəraitində keçirildi. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə həmkarlarını salamlayıb, onlara xoş təbəssümlə müşaiyyət edilən xeyir-düalarını ünvanlayandan sonra bölmənin yaxıın bir ay ərzində Mingəçevirdə və pytaxt Bakıda keçirilməsi nəzərdə tutulan 25 illik yubiley tədbirləriylə ilgili görülən hazırlıq işləri barədə məlumat verdi. Və onun təklifiylə hər iki önəmli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədiylə yubiley komissiyası yaradıldı. Yazarların seçimləriylə komissiya üzvləri,- İsmayıl İmanzadə, Rizvan Mikayıllı, Elşən Əzim, Bəhman Gülövşəli, Zümrüd Rəhimova, Məmməd Mərzili, Əhməd Əfsun, Namiq Zaman, Elçin Məhərrəm, Şamil Həsən və Nicat Hunalp bu vacib məsələylə əlaqədar məsuliyyəti öz öhdələrinə götürdülər. Tədbirə qatılanların yekdil rəyləri əsasınada Şamil Həsən bölmənin mətbuat xidmətinin sədri seçildi.
Yaradıcılıq gününün ikinci mərhələsində adətən hər dəfə olduğu kimi, “saatın əqrəbləri istiqamətində” çıxışlar edən Ağabala Salahlı, Mikayıl Yusif, Elçin Məhərrəm, Nicat Hunalp, Bəhman Gülövşəli, Əhməd Əfsun, Mahir Musa, Namiq Zaman, Eldəniz Cəfəroğlu, Elşən Əzim, Məmməd Mərzili və İsmayıl Mərcanlının yeni şeirlərini, gənc yazıçı-dramaturq Şamil Həsənin isə yığcam bir hekayəsini oxudu. Söz məclisinə təqdim edilən yazılar barədə deyilən iradlar kimlərdəsə etiraz doğurmadan, hamı tərəfindən razılıq hissiylə qəbul edildi.
Beləliklə, AYB Mingəçevir bölməsinin növbəti yaradıcılıq günü də həmişə olduğu kimi könül xoşluğu ilə sonuclandı, və foto-şəkillərdə də öz əksini tapdı...
Şamil Həsən
AYB Mingəçevir bölməsinin nəzdindəki mətbuat xidmətinin sədri