Fidan Abdurəhmanova filologiya üzrə fəlsəfə doktoru, dosent : - İRƏVANA GEDİRİK ???
(Bir filmin izi ilə)
Əslində bu sual söhbət açacağım filmdə bircə dəfə səslənir – İrəvana gedirik?! Bu sual o qədər təəccüb və sevinclə səslənir ki, yalnız mənim deyil, dövrümün bütün uşaqlarında İrəvanı tanımaq arzusu olub.
“Sehirli xalat” filmini – “Arşın mal alan” (1945, M.Dadaşovla birgə), “O olmasın, bu olsun” (1956) filmlərinin quruluşçu operatoru olmuş, kino-operator, rejissor və rəssam Əlisəttar Atakişiyev çəkmişdir. Onun uşaqlar üçün çəkdiyi ilk filmi “Bir qalanın sirri” (1959-cu il) olmuşdur. Onu da qeyd edək ki, bu il “Sehirli xalat” filminin 60 yaşı tamam olur (1969-2024).
Uşaqlar üçün yazmaq nə qədər çətindirsə, film çəkmək daha artıq zəhmət və məsuliyyət tələb edir. Bu filmlərdə hər bir uşaq özünə xas xüsusiyyətləri görməli, özünü tərbiyə etməlidir. Belə filmlərin senarilərində təhsilin uşaqların həyatında rolundan, ailə dəyərlərinin qorunmasından və dövlətin tarixi yaddaşından bəhs olunaraq gələcəyə ümidinin artmasına təkan verən xüsusiyyətlər öz əksini tapmalıdır. Ulu öndər Heydər Əliyev Azərbaycan yazıçılarının V qurultayındakı nitqində (1972-ci il) diqqət çəkən:“Bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır” ideyası idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün uşaqlar üçün əsərlər az yazılsa da, film çəkilişlərinə o qədər də yer verilmir.
“Sehirli xalat” filmi pionerlərin 40 illik yubiley tədbiri ilə başlayır. Vladimir İliç Leninin şəkli vurulan səhnənin qarşısında gur nağara, zərif tar və kövrək kamança sədaları ilə pionerlər əzmlə milli rəqs edirdilər. İndi isə filmdəki bəzii məqamlara diqqət yetirək.
Filmdə sehirli xalat vasitəsi ilə keşmişə və gələcəyə səyahət edən pionerlərin şənhəyatı və həmin dövrün tarixi prosesləri incə bir xətlə keçir. Xüsusilə kinonun adının götürüldüyü sehirli xalatın rəngləri diqqət çəkir. Belə ki, keçmişə gedən yolu yaşıl rəngdə, gələcəyə gedən yolu isə qırmızı rəngdə geyinməyi uşaqlaratövsiyə olunur. Bu rənglər həm də bayrağımızın rəngləridir. Burada gələcəyə getmək üçün sehirli xalatın qırmızı rəng tərəfini geyinmək, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, keçmişə getmək üçün isə yaşıl tərəfini geyinmək tövsiyə olunur ki, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir.
Kecmişə çatan uşağın eşitdikləri əslində Azərbaycan tarixindən mesajlar verir. Vaxtilə Azərbaycan ilə ticarət əlaqələri yaratmaq üçün xana at hədiyyə edən və yalvararaq icazə istəyən Xarəzm tərəfindən gələn tacirlər də bu filmdə yer almışdır. Maraqlıdır ki, 1225-ci ildə Azərbaycana daxil olan Xarəzm dövləti 1231-ci ildə süqut etmişdir. Lakin xalatı geyinən xanın sualı maraq doğurur: İrəvana gedirik? Buradan da belə aydın olur ki, hələ o zamanlarda İrəvan vardı. Filmin 1964-cü ildə çəkildiyini düşünəndə (artıq o ilə qədər Azərbaycan xalqı soyqırım və didərginliyə məruz qalmışdı) rejissor və senarist Əlisəttar Atakişiyevin ustalıqla fikrini çatdırması tarixi bir prosesə aydınlıq gətirmiş olur.
Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında (2011-ci il) nitqindəki xüsusilə bu fikri uşaqlara aşılamaq hər birimizin borcudur: “Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.
Tarixə nəzər yetirəndə aydın olur ki, Çuxursəəd bəylərbəyliyi ərazisində Nadir şahın ölümündən sonra yaranan iki xanlıqdan biri olan(Naxçıvan və İrəvan) İrəvan xanlığı Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. Qaraqoyunlu şahı Cahanşah kiçik Asiyada tarixi vilayət olan Kilikyadan Üçkilsə monastırının köçürülməsinə icazə vermişdir. Buradan da aydın olur ki, 1441- ilə qədər, yəni Katolikosluğun köçürülməsinə qədər ermənilərə aid burada yaşayış məntəqəsi olmamışdır. Tarixə bələd olanlara məlumdur ki, Cahanşah hakimiyyət illəri 1436-1467 olsa, 1447 illərdə Teymuri Şahruxun ölümünə qədər, ondan asılı vəziyyətdə idarə ettmişdir. Ölümündən sonra 1458-ci ildə Herata daxil olub Teymurilərin taxtına əyləşən Cahanşah əslində yaxşı təhsil görmüş bacarıqlı siyasətçi olsa da ən böyük səhvi bu kilsələrə Azərbaycanda yer verməsi idi. Məhz bu hadisədən sonra ermənilər Qərbi Azərbaycana ayaq açmışdılar. Qeyd edək ki, ikinci bir səhv 1918-ci ildə müstəqil Azərbaycanın yaradıldığı bir dövrdə baş vermişdi.
Film – münəccimlərin sarayın, xanın təhlükədə olduğunu bildirməsi və əslində çox məsələdən agah olmasından xəbər verməsi ilə davam edir. Xan və onun ətrafı ilk baxışda pioneri cin kimi görür. Pionerin xana - donuzun biri donuz deməsi də təsadüfi deyil, əslində rusların sevimli heyvanının adını çəkib, bəlkə də, təhqir deyil. Sonra Vəzirin şaha verdiyi açıqlama isə daha maraqlıdır: “Bu pioner istəsə cin kimi adamı, itə, eşşəyə, kərtənkələyə döndərə bilər. O zaman biz neynəyərik?” Xan isə Allahın sevmədiyi heyvanın, donuzun adını çəkməyi qadağan edir. Xan yenə də ehtiyatını görərək, biz bilmərik bu pioner bura hansı məqsədlə gəlib, artıq əksik söz danışmamağı tapşırır. O isə mən cin deyiləm, pionerəm deyir. Filmdə ağıldankəm kimi verilən Azərbaycan xanı və onun ətrafı pioner haqqında: “bu yaramaz uşağın böyüyüb kim olacağını düşünəndə, adamın tükləri biz-biz olur”, fikrinə xan – yox, o böyüməyəcək –deyir. Və həqiqətən də, böyümədi...
Beləliklə xan pionerin dediyini təkrarlayır “çitrakuta” sözü ilə öz dövründən sovet dövrünə düşür. Müasir dövrdə sarayındakı dəyişiklikdən hiddətlənərək: “yığışdırın bu əski-üskünü: deyərək, sovet şüarlarını çıxarıb atır.
Daha sonra xan pionerlərə üz tutub, onu bura gətirən Rəşidə deyir: “Sən o qədər yalan palan danışdın ki, gopçular müsabiqəsi keçirilsəydi sən şübhəsiz qalib gələrdin və səni sarayın baş təlxəyi təyin edərdim” deyir. “Sənin kimilərə zamanəmizdə yer yoxdur” fikrinə isə xan lənətə gəlsin sizin zəmanəniz cavabını verir.
Xanı itirən uşaqların peşiman vəziyyətdə olduğunu görən İyokiyo baba Rəşidə maraqlı sual verir:“Xanı niyə gətirmisiz, sarayı ona qaytarmaq üçün?”Əslində bu sual özü də bir mesaj idi. Sarayların tarixi olduğunu və bir vaxt bu tarixi yerlərə qayıdacağımızı.
Sovet idealogiyasına görə istənilən gələcək zaman kəsiyində pionerə rast gəlmək olacaqdı. Sehirli xalatın qırmızı rəngli tərəfini geyinən pioner gələcəyə, daha müasir zamana yolçuluq edir.
Gələcəkdə muzeydə təqdim olan “pionerlərin XX əsrdəki geyimləri” isə elə həmin əsrin eksponatı kimi də qaldı. XXəsrin son on ilində sovet höküməti dağıldı, pioner, komsomol anlayışı və geyimləri ləğv olundu.
Uşaqlar axtardıqları xanı gələcəkdə tapdılar. Əslində bu gün bu məsələ heç də təsadüfi deyil, bu gün biz məhz həmin gələcəyi yaşayırıq.Bu muzeydə orta əsrlərin (III-X əsrlər) feodal xanı kimi təqdim olunurdu. O bir avtomat oyuncaq xarekteri daşısa da, şüşənin altında qırıq-qırıq səsi ilə məğribdən məşribə qədər yol gəldiyini vəzəmanəsininböyük hökmdarı kimi tamaşaçılarına səslənirdi.
Sonda yenə həmin suala qayıtmaq istərdim: İrəvana gedirik?
Bəli, əziz uşaqlar İrəvana gedirik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qayıdış konsepsisyasına” əsasən öz tarixi torpaqlarımıza geri dönürük, İrəvana gedirik!