Fərhad Tapdıqoğlu: - Evin çırağını yandırdı.
(novella)
Rüstəm kişi açarla yaşadığı mənzilin qapısını açdı,işığı yandırdı.Ayyaqabılarını çıxardı,ayağına şəpid aldı.Sonra əynini dəyişdi,idman kostyumunu geydi.Mətbəxə keçdi.Qazı yandırdı,çaydanı su ilə doldurub ,qazın üstünə qoydu.Sonra hamamı yandırdı, "beş dəqiqəlik" su qızdırıcısını ("piti minutkanı).
Yüngülvari yuyndu.Qızdırıcını söndürdü.Əl- üsünü hamam dəsmalı,məhrəba ilə qurulayıb,yenidən mətbəxə keçdi.
Soyuducuda olan hazır xörəkdən bir nimçə doldurub,xörək qızdırılan sobanı cərəyan mənbəyinə qoşdu, yandırdı.
Xörək qızandan sonra ,sobanı söndürüb , nimçəni mətbəx masasının üstünə qoydu,çörək qabından çörək götürüb ,xörəyi yedi.
Çaydandakı su qaynayırdı.Çaydanı qazın üstündən götürəndə ani qiqqətsizlikdən əlini azca yandırdı.Çay dəmlədi,içdi.
Rüstəm kişi işığı söndürüb, şam yandırdı.Sonra yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən pərdəni aralayıb, həyətə baxmağa başladı.Həyət uşaqları xeyli odun- oduncaq,taxta- tuxta toplayıb,ilaxır çərşənbənin tonqalına hazırlıq görürdülər.Rüstəm uşaqlara baxa- baxa ,mənzilin havadəyişən gözlüyünü açdı,pərdəni azca araladı,bir siqaret yandırdı,çəkə- çəkə fikrə getdi.
....35 il əvvələ qayıtdı....
Rəna ilə insititutda paralel qrupda təhsil alırdılar.Rüstəm onu sevirdi.O illərin gəncləri kimi eşqə düşən Rüstəm sevgi mahnılarını dinləyir,sevgi şeirləri əzbərləyirdi.Birdən otağa girib, qapını bağlayar, kassetli " Vesna" maqnitafonunu yandırır, saatlarla "Rəna" mahnısına qulaq asardı:
" Yandırdı qəlbimi aman Rəna"...
Gah da radioqəbuledicidə " Nazı yandırdı məni" mahnısını da,
"O qara gözlərinin işvəsi yandırdı məni" mahnısını da dinləməkdən usanmazdı.
Rəna da ona biganə deyildi.Rüstəmin valdeynləri Rənanın rayonda yaşayan valideynlərinin yanına elçi getməyə hazırlaşırdılar.Onun üçün Rəna rayona,evlərinə xəbər çatdırmağa getdi.Və...
Uşaqlar çərşənbə tonqalı yandırıb əylənən zaman bir beş yaşlı uşaq tonqalın üstünə yıxılır,maraqla tonqalın ətrafında
uşaqların əylənmələrinə baxan Rəna uşağı xilas etmək üçün özünü alovun içinə atır,uşağı bir az yanıqlarla xilas etsə də,özünün bir ayağı ,bir qolu bir qədər yanır.
Elçilik təxirə salınır...
... Rənanın qolu nisbətən sağalsa da, ayaqlarında yanğıdan sonra problemlər yaşanır,ayağını çəkə- çəkə yeriyir.
Rüstəm təkidlə evlənməyi təklif etsə də,Rəna "ayağı yanıq ,axsayan qızı neynirsən "-deyib ,qəti etiraz edir.
Çox keçmədən Rəna valideynləri ilə Rusiyaya köçür...
Rüstəm onunla heç cürə əlaqə saxlaya bilmir....
....Bir müddət sonra Rüstəm ailə qurur,bir qız övladı dünyaya gəlir,uşağın adının Rəna olmasına Rüstəmin yoldaşı da etiraz etmir.
Rüstəmin qızı Rəna böyüyür ,ali təhsil alır,ailə qurur. Rüstəmin kürəkəni Nicat da yaxşı insandı.İndi Rüstəmin iki nəvəsi də var.Rüstəmin həyat yoldaşı üç il əvvəl süd vəzi xərçəngindən dünyasını dəyişmişdir.
Rüstəm isə o zamandan mənzilində tək yaşayır.Qızı Rəna gəlib,yır- yığış ,biş - düş eləyir,gedir.Təbii ki,onun da öz ev-eşiyi,ailəsi ,uşaqları...
Rəna ilə Nicat Rüstəm kişiyə bir "qulaq yoldaşı" tapmaq istəsələr də,o razılaşmır.Artıq bir iki ildən sonra Rüstəm kişi təqaüdə çıxmalıdır...
...Uşaqlar çərşənbə tonaqlını yandırdı.Rüstəm kişi pərdəni yerinə qaytarıb ,havadəyişən gözlüyü bağladı.
Divanın üstündə mütəkkəyə dirsəklənib feyzbuk dostunun yazdığı iki misranı oxudu:
"Otağımda mən yanıram,bir də şam,
Bir ömürlük kövrəlmişəm bu axşam"
Çox kövrəldi Rüstəm.Ayağa qalxıb,mənzilə daxil olanda söndürdüyü mobil telefonunu yandırdı.Dərhal zəng gəldi.Qızı Rəna idi.
--Ata ,axşamın xeyir,ilaxır çərşənbən mübarək.
Nicat manqalı yandırdı.Kabab çəksin,sənə isti kabab götürüb gəlirik.
--Ay qızım ,Vallah şam yeməyi yemişəm.Heç nə lazım deyildir.
--Yox ata,yox.Gələcəyik
Bir saat çəkmədi ki, Nicatla Rəna körpələri ilə bu ocaqda süfrə arxasına keçdilər.İlaxır çərşənbəni qeyd elədilər .
Rəna:
--Ata ,başa düşürəm sən anamdan sonra bura başqa xanımın gəlməsini istəmirsən .Ata qurban olum ,axı tək yaşamaq çətindir sənə.Mən də işləyirəm, uşaqlar,ailə qayğıları...Ürəyim istəyən kimi sənin qulluğunda dura bilmirəm.Nolar ata, mənimlə razılaş.Əziz axşamdır ,mənim sözümü yerə salma.Bir nəfər var,qonşuluğumuza yeni köçüb.O da tək yaşayır.Həyat yoldaşı avtoqəzada rəhmətə gedib.Səliqəli xanımdır,ali təhsillidir.Övladı da yoxdur.Mən ona eyham vurmuşam.Deyəsən o da tək yaşamağın necə çətin olduğunu anlayır-sözünü bitirdi Rəna.
Rüstəm:
--Ehh,ay qızım ,bilmirəm- yenidən fikrə getdi.
Rəna:
- Həə ata, sabah gəlib səni maşınla götürüb o xanımı görməyə, danışmağa gedirik,yaxşı...Ata ,o mənim adaşımdı ee,adı Rənadır- sevincək dedi.
Rüstəmin rəngi allandı.İlk sevgisi Rəna yadına düşdü.
Öz- özünə:
"Bəlkə odur o,Rəna?!"-düşündü.
Sonra :
"Əşi 35 ildir bir xəbər yoxdur ondan ,ola bilməz."
Ertəsi gün Rüstəm kişi qızı Rəna,kürəkəni Nicatla bir mənzilin qapısını döydülər.
Mənzilin qapısı açıldı,mənzil sahibi işığı yandırdı.Mənzil işıqlandı.Baxışlar toqquşdu...
Bu xanım o idi,Rəna!!!...Ayağı yandığına , yerişində bir az problemlər yarandığına görə Rüstəmdən qaçıb,uzaqlara gedən Rəna...
...Rüstəm kişinin evinin çırağı yenidən yandı...
Evin çırağını Rəna xanım yandırdı...