Behruz Nifteliyev : - TANRI BAĞIŞLA
Dünənin pəncəsi pərdəsindəmi?
Asılıb evinin divarlarına.
Pəncərə önündə dipçək gülləri,
Azalıb dözümü davalarına !
Quruyur budaqlar dodaqlar kimi,
Qarıyır duyğular, o çağlar kimi,
Döyülən -söyülən uşaqlar kimi
O munis, o məsun sədalarına...
Bircə söz tapmıram, Tanrıdan başqa.
Allahın yersiz ədalarına,
Bircə söz tapmıram , anidən başla!
Dəyişdir özünü, məni, dünyanı,
Məni yaratmağa Tanrıdan başla!
04.12.24