Saqif Qaratorpaq : - Məni indi axtar,
Məni indi axtar,
Indi ara,
Sabah gec olar...
Qapımı döyərsən-susar,
Boynunu bükər pəncərəm.
Səsinə hay verməz
Eyvandakı qaranquş,
Çardaqdakı qumru.
Məni,məndən qoru!
Qəfil çağırar bir səs,
Uzaqdan...
Sıyrılıb qoparam vaxtdan.
Ayaq izimi yağışlar yuyar,
Çıxıb gedərəm bir bahar.