Nəriman Həsənzadə : - Üstünə.
Yuxun gəlir,yat qadasın aldığım,
saçlarını tök sinəmin üstünə.
Gözlərimin qapağını örtərəm,
yorğan kimi əzizimin üstünə.
Nəyə gərək,soyuqdursa o yataq?
Səndə səni,məndə məni oyadaq.
Bir az mən də yuxusuzam ,qoy yataq,
o üzünü, bu üzümün üstünə.
Bir mahnı var,pəncərədən daş gəlir,
ay bəri bax,xumar gözdən yaş gəlir.
Sənə qurban,ömür gedir,yaş gəlir,
ömrümüzün,günümüzün üstünə.