Vahid Paşayev : - Qayıdasan...
..xatirələrimin izinə düşüb qayıdıram vaxtıyla qədir-qiymətini ucuz tutduğum ,artıq geri qaytarmaq mümkünsüz olan günlərə,...o günlərə ki, yaddaşımda kök atıb,göyərib ,sonda xəzəl olub vağanıdığı torpaq səbirsizliklə yolumu gözləyir.
Torpaq bizdən etibarlıdır,gözü daim yolda,bizi gözləyir.Əhdinə xilaf çıxan bizik,vaxt çatışmazlığını bəhanə gətirməklə tənbəlliyimizi ortaya qoymuş oluruq. Və xəyalımdan keçir ki, ,,yeddi yoldaş olub yola düzələrək"doğma torpağımızın gözlərini yollardan yığaq!
...sərnişini olduğun bir minik maşınında təhlükəsizlik kəmərini ilgəyə taxaraq,əlini çənənə dayayıb,başını oturacağın yastıqcasına söykəyib gözlərini yumasan və yolboyu dinləyəsən bu xırda muğam parçasını,...mürgülü vaxtında sürücünün ,,çatdıq mənzil başına" xitabı ayılda səni,qayıdasan real həyata...