Zəka Vilayətoğlu : - ÜÇÜN

Ədəbiyyat 15:10 / 11.12.2024 Baxış sayı: 462

İnsan yaman tələsir,

Dünyaya gəlmək üçün,

Min cür əzabdan keçir,

Bircə yol gülmək üçün!

 

Gecə-gündüz ah edir,

Gecəni sabah edir,

Bəzən yüz günah edir,

Bir günah silmək üçün!

 

Yat-oyanla yaş gedir,

Yuxu, ölüm məşqidir,

Hər gün gecə məşq edir,

Bir dəfə ölmək üçün!