Aysel Xanlarqizi Səfərli: -  Orda, uzaqlarda tək-tənha bir ev darixir...

YAZARLAR 18:13 / 12.12.2024 Baxış sayı: 807

Orda, uzaqlarda tək-tənha bir ev darixir...

Körpə qığıltısıyla başlayıb gəlin koçürduyu,əsgər yola saldığı günlərini yada salib köks otürür...

Hər il olduğu kimi yenə,bu qış da Lənkəranin rütubetli soyugunu ciyərlərinə çəkərək yağışla bərabər kövrəlir...

Həyət qapısınin cırıltisindan və gələn öskürək səsindən özunu toplayıb atasini qarşılayan 4 uşağın səmimi baxışlarini xatırlayir hərdən...

Bəzən də pianodan çıxan həzin musiqilərlə otaqların divarlarına həkk olunmuş səslər əks-səda verirmiş kimi yenidən dillənir sanki..

Evin ilk qızının gəlin köçərkən özüylə cehiz apardığı pianodan və o qızın barmaqları arasından süzülüb xatirələrdə nota alınan səslər...

Orda,uzaqlarda bir ev tək-tənha darıxır...

Küskündür,qəmgindir... Soyuq havalarda isidən yoxdur tənha otaqlarını...

Evin böyüyünün -atasının dünyanı əbədi tərk etdiyi gündən bu yana böyüdülüb divara asılan tək rəsminə gileylənir, "Sənlə getdi xoşbəxt günlərin istiliyi"- deyir...

Hər gün süfrə açıb qonaq qarşıladığı günlərin şən qəhqəhə səsləri bu günün səssizliyinə və təkliyinə ağlayır.

Hər yayı səbirsizliklə gözləyir o ev...

Ananın gələcəyini,köhnə ənənələrə sadiq qaldığını bilir çünki...

Yenə süfrələr açacaq,evin atası xatirəyə dönən rəsmindən baxıb sevincdən kövrələcək...

Kiçik otaqda rəflərdə tozunu ala bilməyən kitablar bəlkə evin böyük qızı bu il öz evini alıb bizi yanına aparar düşüncəsiylə açılan hər qapı səsindən həyəcanlanar...

Orda,uzaqlarda tək-tənha bir ev darıxır...

Yastıq davası edib gecə yuxuya getməyən şıltaq 4 uşaq üçün, bayramların xoşbəxt keçən saatları üçün,geri qayıtmayam zaman üçün...

Hər daşında bir xatirə yatmış kövrək anların geri qayıtması üçün kədərlənən o qız da o evdə qoyub getdiyi xoşbəxt uşaqlığını axtarır...

Hər gedişində o evdən yola saldığı doğmalarının həsrətinə danışır göz yaşlarını...

Özüylə cehiz apardığı pianoya 16 il keçməsinə rəğmən heç toxuna bilməməsini pıçıldayır səssizcə...

Susmuş nəğmələrinin həsrət bəstəsini zümzümə edir o ev ilə birlikdə...

Orda,uzaqlarda tək-tənha bir ev darıxır...

Atamızdan qalan tək xatirə olan o ev....

 

Şəkilin açıqlaması yoxdur.