Əlizadə Nuri - Sənsizlik

Ədəbiyyat 13:31 / 04.01.2026 Baxış sayı: 1632

 

Çıxıb getdin şəhərdən,

Bacarmadım saxlayam.

Bundan belə o ağac

Göz yaşı yarpaqlayar.

 

Çıxıb getdin sevgidən,

Kim çəkəcək keşiyin?

Ürəyimin küncündə

Bir xatirə üşüyür...

 

Çıxıb getdin dünyadan,

Sənsiz xəstədi dünya.

Yaşamağı öyrənir-

İndi dərsdədi dünya...