Əlirza HƏSRƏT - DOLUB ÜRƏYİ GÖZÜMÜN

Ədəbiyyat 14:00 / 05.01.2026 Baxış sayı: 1225

 

Quraqlıqdan çat veribdir,

Çəkilib suyu gözümün.

Boylanmaqdan sağa,sola,

Qalmayıb heyi gözümün.

 

Könlüm eşq nəqqaşı kimi,

Son yarpaq yaddaşı kimi.

Bir damla göz yaşı kimi,

Görünür boyu gözümün.

 

Xatirəsi çiçək-çiçək,

Şehindən bir udum içək.

Dindirsələr,hönkürəcək,

Dolub ürəyi gözümün...