Əlirza HƏSRƏT - ÇƏTİR TUTDUM SON YARPAĞI
Ayaq saxla,gedən pəri,
Əzizləyək bu xəbəri.
Bağrına basıb göyləri,
Gün üzünə çıxan bulud.
Aşıq gəlib döşündə saz,
Xəyalları pərvaz-pərvaz.
Ətəyini qatla bir az,
İslanıbdır çuxan,bulud.
Gəzib-dolanır yar bağı,
Tez-tez qoxlayır torpağı.
Çətir tutdum son yarpağı,
Açılınca yaxan,bulud.