Ehtiram İlham Bir də..
*****
Daha bu yol tükəndi,
Görünməyəcək bir də...
Xam arzuların göydə
Sürünməyəcək bir də...
Halı hallı halından,
Adlasa da yalından.
Keçir ömür yolundan,
Salınmayacaq bir də.
Xəyal kimi yatılır,
Ocaq təki çatılır.
Bircə dəfə satılır -
Alınmayacaq bir də.
Ağlı kəsəndən bəri
Nə yurdu var, nə yeri.
Ehtiramın kor qəbri
Bilinməyəcək bir də.
05.01.26.